Çeçen komandiri Ukraynada öldürüldü

Mayın 31-də Axmat Kadırov adına xüsusi təyinatlı alayın dördüncü taborunun komandir müavini, polkovnik-leytenant Zaur Dimayev Donbassda döyüşlər zamanı həlak olub. 

Buta.media-nın xəbərinə görə, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, Dimayevin maşını Kamışevaxi ərazisində atəşə tutulub. Həm Dimaev, həm də sürücüsü hadisə yerində ölüb. Daha dörd çeçen döyüşçüsü isə yaralanıb.

Çeçenistan rəhbərliyi hələlik məlumatı təsdiqləməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ