Almaniya Ukraynaya müasir hava hücumundan müdafiə sistemləri verəcək

Olaf Scholz bildirib ki, Almaniya Ukraynanı müasir IRIS-T hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Bu barədə kansler Bundestaqda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu sistemlərin köməyi ilə Ukrayna “bütün bir böyük şəhəri Rusiya təyyarələrinin hücumlarından qoruya” biləcək.

Almaniya hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Ukraynaya düşmənin haubitsalarını, minaatanlarını və raket artilleriyasını aşkar edə bilən izləmə radarı da verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ