Rusiya qoşunları Severodonetskə hava zərbəsi endirib və azot turşusu ilə sisternə düşüblər.
Buta.media-nın xəbərinə görə, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday öz Telegram kanalında yazıb.
Onun sözlərinə əsasən, zərbədən sonra şəhərin üzərində zəhərli maddələrdən ibarət bulud müşahidə olunur.
“Severodonetskə hava zərbəsi endirilib. Rusiyalılar kimya zavodunda azot turşusu olan çəni vurublar. Vilayət sakinləri! Sığınacaqlardan çıxmayın”, - o bildirib.