Zelenski Putinlə görüşmək istəyir

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbət zamanı Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini etiraf edib. 

Buta.media-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Dünən danışıqlar zamanı Zelenski Putinlə görüşmək istəyini bildirdi”, - Çavuşoğlu “Anadolu”nun redaksiyasında jurnalistlərə müsahibəsində deyib və əlavə edib ki, Ankara bu istiqamətdə səylərini davam etdirir.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ