Azərbaycan meymunçiçəyi ilə bağlı ÜST-ə müraciət etdi

Azərbaycan meymunçiçəyi virusunu müəyyən edən testlərin əldə edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət ünvanlayıb.

Buta.media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi testlərin əldə edilməsi üçün ÜST-ə müraciət edib.

Qeyd edək ki, “meymunçiçəyi” çiçək virusu ilə struktur olaraq əlaqəlidir və oxşardır. Xəstəliyə ilk dəfə 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir. 2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.

Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ