Avropada Quranı yandırdılar - VİDEO

Bu gün Danimarkada Parlament binası qarşısında bir qrup müsəlman icazəli mitinq keçirib.


“Qafqazinfo” xəbər verir ki, onlar Yeni Zelandiyada ötən həftə törədilən terror aktına etiraz olaraq keçirilən mitinqdən sonra bina qarşısında Cümə namazı qılıblar.


Bunu həzm edə bilməyən radikal anti-islamçılar öncə avtomobillərdə yüksək səs çıxararaq namaza mane olmağa çalışıblar. Əllərində İsrail bayrağı daşıyan həmin şəxslər bununla da kifayətlənməyiblər. 


Belə ki, Miqrant və İslam əleyhinə sərt hərəkatın lideri Rasmus Paludan Qurani-Kərimi yandırıb. O, bu hərəkəti ilə müsəlmanları provakasiyaya çəkməyə çalışıb.


Polislər ərazidə geniş təhlükəsizlik tədbiri görsələr də, Paludanın hərəkətinə də mane olmayıblar.


Qeyd edək ki, Danimarka İslama qarşı ən radikal mövqe tutan ölkələrdən biridir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ