Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib ki, əgər Putin Ukraynada uğur qazanarsa, “bir daha heç vaxt özümüzü təhlükəsiz hiss etməyəcəyik”.
Praqada çıxış edən Truss qeyd edib ki, Avropada Soyuq Müharibədən sonra onlar “səhifəni çevirdiklərinə” inanıblar.
“Amma indi biz Avropada törədilmiş dəhşətli müharibə cinayətlərini görürük – bir vaxtlar keçmişdə qalacağına ümid etdiyimiz cinayətlər. Belə bir dəhşət qarşısında biz güclə cavab verməliyik. Barışıq cavab ola bilməz”, o əlavə edib və Ukraynanın “qələbəni təmin etməyə” çağırıb.