ABŞ Ukraynaya Rusiya ərazisinə, xüsusən də ölkənin daxili hissəsinə zərbələrin endirməsinin təhlükəsi barədə xəbərdarlıq edib, belə ki, bu eskalasiya riskini artırır.
Buta.media-nın xəbərinə görə, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazır.
Qeyd olunur ki, Vaşinqton nümayəndələri narahatdırlar ki, Ukrayna bu məqsədlə Qərbin silahlarından istifadə edə bilər.
“Bizim eskalasiya ilə bağlı narahatlığımız var, eyni zamanda, coğrafi məhdudiyyətlər qoymaq və ya onlara verdiyimiz silahlardan istifadə etməkdə Ukraynanın əllərini çox bağlamaq istəmirik”, - deyə nəşrin mənbəsi bildirib.
Başqa bir mənbə isə qeyd edib ki, ABŞ və Ukrayna Kiyevin ona verilən silahlardan nə dərəcədə istifadə edə biləcəyi barədə qarşılıqlı anlaşmaya malikdir.