Rusiya qoşunları Severodonetsk və bir sıra digər yaşayış məntəqələri istiqamətində irəliləyir, onlar Donetsk vilayətinin Baxmut rayonunun Mednaya Ruda kəndini ələ keçiriblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.
Qeyd olunur ki, Donetsk istiqamətində Rusiya ordusu Ukrayna qoşunlarını atəşə tutmaqda, raket zərbələri endirməkdə, kəşfiyyat aparmaqda, hava dəstəyini artırmaqda, qoşunları yenidən qruplaşdırmaqda davam edir.
"Düşmən Limanski istiqamətində bütün qüvvələrini Ozernı rayonlarında və Liman qəsəbəsinin cənubunda bölmələrimizin atəşlə məhv edilməsinə yönəldib. Severodonetsk istiqamətində düşmən Severodonetsk və Borovskoye yaşayış məntəqələri istiqamətində hücuma keçir” - Baş Qərargahın məlumatında deyilir.
O da qeyd edilir ki, Baxmut istiqamətində rus hərbçiləri Kamışevax, Nırkovoe, Berestovoe və Beloqorovka yaşayış məntəqələri istiqamətində hücuma keçsələr də, uğur qazana bilməyiblər, itkilər verərək geri çəkiliblər.