Ukrayna prezidenti Volodimir Zelenski bəzi Qərb siyasətçilərinin Ukraynanın Rusiyaya güzəştə getməli olmasını, o cümlədən ərazisinin bir hissəsindən imtina etməsi ilə bağlı təkliflərini sərt tənqid edib.
Buta.media-nın xəbərinə görə, onun sözlərini UNİAN sitat gətirir.
Zelenski ABŞ-ın sabiq dövlət kaitibi Henri Kissencerin sözlərinə cavab verərkən bildirib ki, “dünyada işğalçı ölkənin maraqlarını nəzərə alan təkliflərin səsləndirilməsi təəcüblüdür”.
“Ukraynaya zərbə endirən minlərlə Rusiya raketlərinə baxmayaraq. On minlərlə öldürülən ukraynalılara baxmayaraq. Buça və Mariupola baxmayaraq. Dağıdılmış şəhərlərə baxmayaraq. Rusiya tərəfindən yaradılan “süzgəc düşərgələri” (burada insanlara işgəncə verirlər, zorlayırlar, təhqir edir və öldürürlər) baxmayaraq. Rusiya bütün bunları Avropada edib. Bununla belə Davosda dərin keçmişdən cənab Kissencer çıxır və deyir ki, Rusiyaya Ukraynanın bir hissəsini vermək lazımdır. Guya belə olanda Rusiya Avropadan uzaqlaşamayacaq. Elə təəssürrat yaranır ki, cənab Kissencer 2022-ci ildə deyil, 1938-ci ildə yaşayır. Və o elə bilib ki, Davosda forumda deyil, o vaxtkı Münhendə çıxış edir”, - Zelenski deyib.
Dövlət başçısı xatırladıb ki, 1938-ci ildə, həmin vaxt 15 yaşı olan Kissencerin ailəsi nasist Almaniyasından xilas olunurdu.
“O hər şeyi gözəl başa düşürdü, və həmin vaxt o deməyib ki, nasistlərdən xilas olmaq əvəzinə onlara uyğunlaşmaq lazımdır”, - Zeelnski əlavə edib