Kadırov Polşanı təhdid etdi - Altı saniyəyə sizə göstərərik

Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında Polşa hakimiyyətindən Qələbə Günündə Rusiyanın Varşavadakı səfirinə qarşı törədilən hücuma görə rəsmi üzr istəməsini tələb edib.

“Polşa nəyə nail olmaq istəyir? Ukraynadan sonra əgər əmr olsa, sizə altı saniyəyə nəyə qadir olduğumuzü göstərərik. Yaxşı olar ki, silahlarınızı, muzdlularınızı götürün və səfirimizdən üzr istəyin. Biz bunu belə qoymayacağıq, nəzərinizdə olsun. Siz dövlətimizlə çox pis oyunlar oynamağa başlamısınız. Qərbin və Amerikanın sözləri ilə oynamayın. Bu yaxşı heç nəyə səbəb olmayacaq”, - Kadırov yazıb.

Qeyd edək ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev mayın 9-da Varşavada sovet əsgərlərinin məzarına əklil qoyarkən üzərinə “qırmızı rəngli maddə” atılıb. Yerli sakinlər onun yolunu kəsərək təhqiramiz şüarlar səsləndiriblər. Bu səbəbdən səfir polisin müşayiəti ilə qəbiristanlığı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ