İtaliya, Macarıstan və Kipr Rusiya ilə barışıq əldə etməyə çağırır

İtaliya, Macarıstan və Kipr Aİ liderlərinin görüşünün yekun bəyanatı layihəsinə Ukrayna və Rusiya arasında sülh danışıqlarının aparılmasının zəruriliyi ilə bağlı bəndin daxil edilməsini dəstəkləyib.

Bu barədə Reuters yazır.

Agentliyin məlumatına görə, bu təşəbbüslə İtaliya çıxış edib. Onu yalnız Avropanın Rusiyaya qarşı yeni sanksiyalar paketini tənqid edən Macarıstan və Kipr dəstəkləyib. Agentlik qeyd edir ki, Macarıstan neft embarqosuna qarşıdır, Kipr isə Rusiya vətəndaşlarına daşınmaz əmlak satışının qadağan edilməsindən narahatdır.

Sammit mayın 30-31-də keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ