Yüzlərlə “DXR” hərbçisi üsyan edir - Bizi “ət” kimi istifadə etmək istəyirlər - VİDEO

Ukrayna ərazisində yaradılan qondarma Donetsk Xalq Respublikasının “hərbçiləri” qondarma Luqansk Xalq Respublikasına görə döyüşməkdən imtina ediblər, çünki “LXR” başqa respublikadır.

Buta.media-nın xəbərinə görə, “DXR” döyüşçüləri bununla bağlı videomüraciət yayıblar.

Onların başçısı bildirib ki, hərbçilər 107-ci motoatıcı briqadanın 1-ci, 2-ci və 4-cü bölüyünün (ümumilikdə 204 nəfər) döyüşçüləridir. Hərbçilər “LXR”ə getmək və orada döyüşməkdən imtina ediblər.

Separatçılar həmçinin bildiriblər ki, onlara qarşı xeyli sayda qanunsuz əməllər törədilib. 

“Bizi əmr olmadan qanunsuz çağırıblar, heç bir tibbi müayinə aparmayıblar. Bir neçə dəfə aldadaraq “LXR”in ərazisinə salmaq istəyiblər”.

Videoda çıxış edən şəxs həmçinin qeyd edib ki, onları Mariupolun işğal olunmasına cəlb ediblər, indi isə “LXR”də “ət” kimi istifadə etmək istəyirlər. 

Separatçılar hərbi prokurorluğa şikayət etməyi hazırlaşdıqlarını vurğulayıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ