ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışmada 18 uşaq və 3 böyük şəxs həlak olub.
Buta.media-nın məlumatına görə, bu barədə CNN xəbər verir.
Daha əvvəl CBS televiziya şirkətinin yerli bölməsi qubernator Qreq Abbota istinadən Yuvald şəhərində ibtidai məktəbdə atışma nəticəsində azı 14 şagirdin və 1 müəllimin öldüyünü bildirib.
Abbotun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib, onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir. "O, 14 tələbəni güllələyib, bir müəllimi də öldürüb", - qubernator deyib.
Bundan əvvəl iki məktəblinin öldüyü barədə məlumat yayılmışdı. ABC-nin tibbi mənbələrə istinadən verdiyi məlumata görə, 10-dan çox yaralı var.
Qeyd edilir ki, 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya çatdırılıb. Bundan əlavə, 45 yaşlı yetkin şəxs güllə yarası alıb.