İrəvanda etirazçılarla xüsusi təyinatlılar arasında toqquşma - VİDEO

İrəvanda Milli Təhlükəsizlik Şurasının binası yaxınlığında xüsusi təyinatlılarla nümayişçilər arasında toqquşma baş verib.

Buta.media-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, etirazçılarla polis xüsusi təyinatlıları arasında ilk toqquşmalar Təhlükəsizlik Şurasının binasının girişində başlayıb. Bir müddət sonra xüsusi təyinatlılara “qara beretlilər” də qoşulub. Bir neçə qısa toqquşmadan sonra təhlükəsizlik qüvvələri etirazçıları mühasirəyə alıb, lakin hücuma keçməyiblər.

Qeyd olunur ki, daha sonra xüsusi təyinatlıların bir hissəsi ərazini polis maşınlarında tərk ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ