89-cu gün: Rusiyanın Donbasa hücumu, Kiyevdə növbələr - fotolent

Rusiya Donbasda hücuma davam edir. Ukrayna prezidenti Vladimir Zelenski mayın 23-də axşam çıxışında Rusiya qoşunlarının ən çox Baxmut, Popasnaya və Severodonetsk şəhərləri istiqamətində cəmləşdiyini bildirib. 

Xarkov istiqamətində Rusiya geri çəkilir, lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ruslar işğal etdikləri əraziləri nəzarətdə saxlamaq üçün bu istiqamətdə hələ də döyüşlər davam edir.

Mariupolda epidemiya təhlükəsi artır: şəhər merinin müşaviri Pyotr Andryuşenkonun sözlərinə görə, güclü yağışlar zibil və meyit zəhərini yayır. 

Kiyev məhkəməsi mülki vətəndaşı öldürməkdə təqsirli bilinən rusiyalı serjant Vadim Şişimarini ömürlük həbs cəzasına məhkum edib. 

Britaniya kəşfiyyatının məlumatına görə, müharibənin ilk üç ayında Rusiya SSRİ-nin Əfqanıstandakı 9 illik müharibədə itirdiyi qədər hərbi itki verə bilər. 

BMT-nin hesablamalarına əsasən, dünyada qaçqınların sayı tarixdə ilk dəfə 100 milyon nəfəri keçib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ