Ukrayna parlamentli prezident respublikasıdır və Ukrayna hakimiyyəti ölkə rəhbərliyindən kiminsə mümkün sui-qəsd ehtimalı ilə bağlı müxtəlif variantlar nəzərdə tutub.
Buta.media-nın xəbərinə görə, bu barədə prezident Vladimir Zelenski Davos forumunda videobağlantı ilə çıxışı zamanı deyib.
“Bizim qanunvericiliyə görə, dövləti idarə edəcək şəxs var. Biz hazırlaşmışdıq və bölünmüşdük, mən, baş nazir və parlamentin rəhbəri. Bizdə parlamentli prezident respublikasıdır. Başa düşürdük ki, rəhbər şəxslərdən kmisə itirsək buna hazır olmalıyıq. Bu səbəbdən Nazirlər Kabinetini iki yerə böldük ki, ölkə istənilən təxriabata qarşı hazır olsun”, – Ukrayna prezidenti deyib.
Forumda çıxışı zamanı jurnalistlər Zelenskiyə iki dəfə eyni sualı veriblər: rusiyalıların hazırladıqları sui-qəsd cəhdlərindən hansısa birinin uğurlu olması təqdirdə Ukrayan hökümətinin eytiyat planı varmı?
Zelenski isə bu suallara sadəcə gülümsəyirdi.
“Bu mənə “Groundhog Day” filmini xatırladır. İnsanlar o qədər güc, enerji və pul xərcləyiblər... mən artıq onlara kömək etməyə hazıram... lakin səhər yuxudan oyanıram və yenə səhər yuxudan oyanıram. Ona görə bu məsələyə fəlsəfi yanaşıram”, - Ukrayna dövlət başçısı bildirib.