İqor Dodon dövlətə xəyanət ittihamı ilə həbs edildi

Moldovanın sabiq prezidenti İqor Dodon Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq həbs olunub.

Buta.media xəbər verir ki, bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat katibi Marianna Kerpek məlumat verib.

“İstintaq tədbirləri davam etdirilir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saatlıq saxlanılıb”, - deyə Kerpek bildirib.

İstintaq hərəkətlərini şərh edən Kerpek İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun evində axtarış apardığını deyib.

“Başqa yerlərdə də axtarışlar aparılır. Ümumilikdə 12 obyektdə axtarışlar aparılır. Vasitəçilərə məxsus daşınmaz əmlak araşdırılır. Faktla bağlı araşdırma “Passiv korrupsiya”, “Cinayət təşkilatı olan siyasi partiya tərəfindən maliyyələşdirilmək”, “Qanunsuz varlanma” və “Dövlətə xəyanət” maddələri üzrə başlanmış cinayət işi çərçivəsində aparılır”, - deyə  Kerpek qeyd edib.

10:20

Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu ilə birgə ölkənin keçmiş prezidenti İqor Dodonun evində axtarış aparırlar. 

Buta.media-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Moldova Baş Prokurorluğunun mətbuat katibi Marianna Kyerpek deyib.

Onun sözlərinə görə, axtarışlar çərşənbə axşamı başqa binalarda da aparılacaq. Axtarışlar “çanta haqqında” iş ilə əlaqədar keçirilir. Söhbət 2019-cu ildə Demokratlar Partiyasının ofisində baş verən korrupsiya faktından gedir. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə partiya sədri Vladimir Plaxotnyukun İqor Dodona içərisində pul olduğu iddia edilən paket (“çanta”) verir. Dodon və Plaxotnyukun söhbətindən belə anlaşılır ki, pullar Sosialistlər Partiyasının maliyyələşdirmək üçün nəzərdə tutulub.

Ötən həftə baş prokuror vəzifəsini icra edən Dmitri Robu faktla bağlı cinayət işinin bərpasına dair qərar imzalayıb. O, 2020-ci ilin mayında dəlil çatışmazlığını əsas gətirərək cinayət işi açmaqdan imtina edən sabiq prokuror Aleksandr Stoyanoqlonun əmrini ləğv edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ