Finlandiyanın NATO-ya potensial qəbulu iki ərazinin status məsələsini gündəmə gətirir: Aland adaları və Saimaa kanalı.
Buta.media xəbər verir ki, bunu Rusiya Federasiyasının Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov deyib.
“Finlandiyaya gəlincə, mənim iki aspektdə sualım yaranıb - beynəlxalq müqaviləyə əsasən demilitarizasiya statusuna malik Aland adalarının statusu və Rusiya imperiyası dövründə inşa edilən Saimaa kanalının taleyi”, - deyə diplomat bildirib.
O qeyd edib ki, Saimaa kanalı Finlandiyanın daxili su yollarını Baltik dənizindəki Fin körfəzi ilə birləşdirir. Çijov xatırladıb ki, Rusiya Finlandiyaya bu kanal boyu ensiz torpaq sahəsini icarəyə verir. “İndi bunun aqibəti necə olacaq? Baxmalıyıq”, – diplomat deyib.
Qeyd edək ki, mayın 19-da Türkiyə NATO-dakı tərəfdaşlarına İsveç və Finlandiyanın hərbi bloka qoşulmasına qarşı olduğunu bildirib.