Ukraynada məhkəmə rusiyalı hərbi qulluqçu Vadim Şişimarini müharibə qaydaları və qanunlarını pozduğuna görə ömürlük azadlıqdan məhrum edib.
Buta.media xəbər verir ki, Şişimarinin vəkilləri Kiyevin Solomenskki məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklərini bildiriblər.
Vəkillər həmçinin beynəlxalq instansiyalara da müraciət edəcəklər, lakin bunun üçün onlar ilk növbədə Ukraynada bütün məhkəmə instansiyalarında qərardan şikayət etməlidirlər.
Qeyd olunur ki, Şişimarin müharibə başlayandan Ukraynada məhkəmə qarşısına çıxarılan ilk rusiyalı hərbi qulluqçudur.
RF ordusunun 21 yaşlı müqaviləli hərbçisi Sumı vilayətində dinc sakini öldürməkdə ittiham olunub. Məhkəmə zamanı Şişimarin günahını etiraf edib və peşman olduğunu bildirib.