88-ci gün: “Azovstal”ın təmizlənməsi, Mariupolda yeni kütləvi məzarlar - fotolent

Mayın 22-də Ukrayna Böyük Vətən Müharibəsində MDB xalqlarının şücaət və qəhrəmanlıqlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sazişdən çıxdı. 

KİV və Ukrayna hakimiyyəti Enerqodarda evlərin birində partlayış baş verməsi ilə bağlı məlumat veriblər. Hadisə nəticəsində özünü şəhərin meri elan edən Andrey Şevçik və onun mühafizəçiləri yaralanıb. 

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və səfərbərlik müddətini avqustun 23-ə qədər uzadıb.

Medinski Ukraynanı danışıqları dondurmaqda ittiham edib. Rusiya və Ukrayna arasında danışıqların dayandırılması ilə bağlı RF xarici işlər nazirinin müavini Andrey Rudenko və Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak mayın 17-də açıqlayıblar. Podolyak daha sonra ölkəsinin heç bir güzəştə getmək niyyətində olmadığını vurğulayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ