Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öz avtomobilində güllələnərək qətlə yetirilib.
Buta.media-nın xəbərinə görə, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilir ki, öldürülən şəxs polkovnik Sayad Xodaidir. Hərbçiyə şəhərdə öz avtomobili ilə hərəkət edərəkən sui-qəsd olub.
SEPAH-ın mətbuat xidməti artıq hadisəni terror aktı kimi qiymətləndirib.
İran prezidenti İbrahim Rəisi polkovnik Sayad Xodainin qisasını alacaqlarına söz verib.
“Polkovnik Sayad Xodainin şəhid olması ilə bağlı başsağlığı verirəm. Təhlükəsizlik xidmətləri ciddi araşdırma aparacaqlar, və şübhəsiz ki, biz qəhrəmanımıza görə cinayətkarlardan qisas alacağıq”, - Rəisi deyib.