“Azov” komandirləri təslim olublar - Rusiya KİV

“Kalina” ləqəbli “Azov” komandirinin müavini Svyatoslav Palamar  çağırış işarəsi ilə Mariupoldakı “Azovstal” müəssisəsinin ərazisini tərk edib. 

Buta.media xəbər verir ki, bu barədə Rusiyanın Birinci Kanalın müxbiri İrina Kuksenkova öz Telegram kanalında yazıb.

Kuksenkova iddia edir ki, Palamar şəxsi avtomatını və tapançasını təhvil verib.

Həmçinin iddia olunur ki, “Azov” komandiri Denis Prokopenko da “Azovstal”dan çıxıb. 

Ukrayna tərəfi hələlik bu məlumatı təsdiqləməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı 36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınskinin “Azovstal”ı tərk etdiyini yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ