Şoyqu “Azovstal”da təslim olan Ukrayna əsgərlərinin sayını açıqladı

Mariupoldakı “Azovstal” zavodundan Ukrayna Silahlı Qüvvələrinin (AFU) 1908 əsgəri təslim olub. 

Buta.media-nın xəbərinə görə, bu rəqəmi Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlayıb. 

Nazir bildirib ki, ümumilikdə, “Azovstal”da 1387 dəniz piyadası silahı yerə qoyub. 

Şoyqu həmçinin qeyd edib ki, 85-i qadın və 47-si uşaq olmaqla, 177 mülki şəxs müəssisənin ərazisindən təxliyə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ