Mariupoldakı “Azovstal” zavodundan Ukrayna Silahlı Qüvvələrinin (AFU) 1908 əsgəri təslim olub.
Buta.media-nın xəbərinə görə, bu rəqəmi Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlayıb.
Nazir bildirib ki, ümumilikdə, “Azovstal”da 1387 dəniz piyadası silahı yerə qoyub.
Şoyqu həmçinin qeyd edib ki, 85-i qadın və 47-si uşaq olmaqla, 177 mülki şəxs müəssisənin ərazisindən təxliyə olunub.