Müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiya uzunmüddətli müharibə aparmağa hazırlaşır.
“Ukrayinska pravda”nın məlumatına görə, bu barədə çərşənbə axşamı Reznikov Aİ Xarici İşlər Şurasının müdafiə nazirləri səviyyəsində iclasının iştirakçılarına müraciətində bildirib.
“Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzanan fazaya keçir”, - deyən Reznikov əlavə edib ki, Xerson və Zaporojye vilayətlərində, onun sözlərinə görə, rus qoşunları “lazım gələrsə, müdafiəyə keçmək üçün fəal şəkildə mühəndislik və istehkam işləri aparır”.
Bununla əlaqədar olaraq, Ukraynanın müdafiə naziri vəd edilmiş silah tədarükünü sürətləndirməyə çağırıb və xüsusilə qeyd edib ki, “müharibənin uzadılması qlobal ərzaq böhranı, eləcə də növbəti miqrasiya böhranı riskinə səbəb olur”.