Ukrayna hərbçilərinin yeni qrupu “Azovstal”dan getdi

Təslim olmuş ukraynalı hərbçilərin olduğu ən azı yeddi avtobus Mariupoldakı “Azovstal” zavodundan çıxıb. Bu barədə Reuters hadisə şahidinə istinadən məlumat yayıb.

Agentlik həmçinin Z zirehli maşınlarının müşayiəti ilə avtobus karvanının fotosunu da yayıb. Fotonun altında mayın 17-də çəkildiyi deyilir.

Reuters agentliyinə mənbə bildirib ki, avtobuslardakı əsgərlərin heç də hamısı yaralı görünmür.

RİA Novosti də Azovstaldan təslim olduğu iddia edilən ukraynalı hərbçilərin olduğu avtobusların yola salınması barədə məlumat yayıb. Agentlik qeyd edib ki, zavodun ərazisində avtobusların hərəkətinə başlamazdan bir neçə saat əvvəl atışma və partlayış səsləri eşidilməyib.

Avtobusun kolonkasının videosunu Rusiyanın Shot teleqram kanalı yayıb.

“Azovstal” zavodu işğal altında olan Mariupolda ukraynalı hərbçilərin sığındığı sonuncu yer olub. Onların yanında bir neçə yüz dinc sakinin olduğu bildirilir. Onların ən azı bir qismi mayın əvvəlində təxliyə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ