Mariupolu “kadırovçulara” vermək istəyirlər – Merin köməkçisi

Rusiya tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərinin “bərpasının şərti kuratoru” çeçenlər olacaq.

Buta.media-nın xəbərinə görə, bu barədə Mariupol merinin məsləhətçisi Pyotr Andryuşenko öz Telegram kanalında yazıb..

“İşğalçıların Mariupolla bağlı planları və şəhərin “bərpasının şərti kuratoru”nun kim olacağı məlumdur. Bizim İvaşenko (işğal edilmiş “Mariupol administrasiyasının” müvəqqəti rəhbəri) ətrafındakı mənbələrimiz bildirirlər ki, şəhərə çeçenlər kuratorluq edəcəklər. Belə ki, Mariupol ruslar üçün dost olmadı və müqaviməti qırma qucun şəhəri “kadırovçulara” vermək planlaşdırılıb”, - Andryuşenko yazıb.

O həmçinin əlavə edib ki, məlumat artıq qismən təsdiqlənib – çeçen siyasətçilər artıq şəhərdə işğalçılarla görüşüblər.

“Bu gün Mariupolda işğalçı administrasiya, Dövlət Dumasının deputatı Dmitri Sablin, eləcə də Çeçenistan hakimiyyətinin rəsmiləri Adam Delimxanov və Əhməd Dolqayevin iştirakı ilə ilk işçi görüş keçirilib. “Mariupolun bərpası” planları müzakirə olunub”, - merin məsləhətçisi deyir.

Andruyeşenko qeyd edir ki, “kadırovçular” özlərini şəhərin sahibi kimi aparırlar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ