Rusiyada unitazlar bahalaşıb. Müharibə başlayandan sonra qiymətlər 70%-ə qədər artıb

Rusiyada müharibə başlayandan sonra santexnika avadanlıqlarının qiymətləri əhəmiyyətli dərəcədə artıb, bu barədə RBK tikinti şirkətinin Pridex-in araşdırmasına istinadən yazır.

Fevral-aprel ayları ərzində ekonom sinif kranlar və unitazlar 2021-ci ilin eyni dövrü ilə müqayisədə orta hesabla 20-70% bahalaşıb.

Pridex-in izah etdiyi kimi, Avropa brendlərinin getməsi fonunda Çin və Türkiyə tədarükçüləri “artan tələbat vəziyyətindən istifadə edərək məhsullarının qiymətini qaldırırlar”.

Bazarın digər nümayəndələri də santexnika qiymətlərinin onlarla faiz bəndi bahalaşmasından danışıblar.

“Rublun böhrandan əvvəlki səviyyəyə qayıtmasına baxmayaraq, tədarükün azalması, daha mürəkkəb təchizat zəncirləri və xammalın yüksək qiymətləri son məhsulun maya dəyərinə təsir edən mühüm amillər olaraq qalır”, - deyə [Pridex-in kommersiya direktoru Aleksandr] Aleynikov yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ