Ukraynada ən qanlı döyüşlərdən biri - Rusiya ordusu böyük zərbə aldı

Donbasda Sevesrki Donets çayı üzərində nəzarəti ələ keçirmək istəyən Rusiya ordusu ciddi itki verib.

Buta.media-nın xəbərinə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında bildirilir.

Hesablamalara əsasən, Beloqorovka yaşayış məntəqəsi yaxınlığında döyüşlərdə RF SQ-nin 74-cü motoatıcı briqadasının 485 hərbçisi həalk olub.

İnstitutun ekspertləri mayın 11-də baş verən döyüşün sputnik görüntülərini öyrəniblər və belə qənaətə gəliblər ki, Rusiya ordusu böyük itkilər verib - şəxsi heyətlə yanaşı 80-ə yaxın hərbi texnika itirib.

Analitiklər hesab edirlər ki, Rusiya komandanlığı Sevesrki Donets çayı istiqamətinə ümumilikdə 550 hərbçi göndərib. Onlar çay üzərində nəzarəti ələ keçirməklə Rubejnıda olan Ukrayna qüvvələrini şimal-qərb istiqamətindən mühasirəyə almaq istəyirdilər.

“New York Times” nəşri yazır ki, rusiyalı hərçbilərin uğursuzluğu barədə hətta Kreml tərəfini saxlayan blogerlərin paylaşımlarında da əksini tapıb. 

Belə ki, “Starşe Eddı” Telegram kanalı hərbi komandanlığı Beloqorovka uğursuzluğuna görə sərt tənqid edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ