Müharibənin 81-ci günü: Sığınacaqda uşaqlar, ölən rusların şəxsiyyəti müəyyənləşdirlir

Mayın 15-də Mariupol hakimiyyəti Rusiyanı şəhərdə fosfor sursatlarından istifadə etməkdə ittiham edib və Ukrayna məhkəməyə qədər istintaqa başlayıb.

Ukraynanın “Kaluş Orkestri” qrupu “Eurovision”un qalibi olub – çıxışdan sonra qrupun vokalisti Oleq Psyuk Mariupol və şəhərin son müqavimət mərkəzi olaraq qalan “Azovstal” zavodunu köməyə çağırıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Sereda kəndi Ukrayna ərazisindən atəşə tutulub - ilkin məlumatlara görə, bir nəfər yaralanıb.

Luqansk vilayətinin 10%-ə yaxın ərazisi Ukraynanın nəzarətində qalıb, onun rəhbəri Serhi Qaydai bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ