Rusiya Ukraynada dalana dirənib - Müharibənin üç inkişaf yolu

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, Ukraynada müharibənin yeni mərhələsinin üç inkişaf yolu var.

Rusiya ya artıq işğal edilmiş əraziləri “birləşdirməyə” çalışacaq, ya əlavə qüvvələri səfərbər edəcək (müvafiq olaraq, bunun üçün vaxt uzadacaq), və ya RF az qalmış resursları ilə qeyri-real hərbi məqsədləri həyata keçirməyə davam edəcək və yaxın aylarda məğlub olacaq.

Bununla yanaşı, analitiklər əmindirlər ki, səfərbərlik olunsa belə Rusiyanın məğlubiyyəti qaçılmazdır.

Analitiklər qeyd edirlər ki, Putinin Ukraynaya hücumu səhv addım idi, belə ki, RF qoşunlarının hərbi hazırlığı lazımi səviyyədə olmayıb.

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Donetsk və Luqanskdan da çıxara bilərlər, və ya ən azından “DXR” və “LXR”in fevral ayında olan sərhədlərinə çıxa bilərlər. 

Əgər Rusiya qoşunları Ukrayna ordusunun onları çıxarmazdan əvvəl hücumu dayandırmaqla bağlı qərar qəbul edərlərsə, bu qaçılmaz ilhaqın açıq əlaməti olacaq.

Əgər Rusiya qüvvələri Ukraynada hərbi kampaniyanın başa çatmasını etiraf etməsələr böyük məğlubiyyətlə üzləşəcəklər.

“Rusiya qoşunları böyük ehtimalla Donbasda hücumu dayandıracaqlar və artıq işğal olunmuş əraziləri birləşdirməyə çalışacaqlar”, - deyə məlumatda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ