Pentaqonun rəhbəri Lloyd Ostin mayın 13-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Bu, ABŞ və Rusiya müdafiə nazirliklərinin rəhbərləri arasında fevralın 18-dən bəri ilk söhbət olub.
"Ostin Ukraynada dərhal atəşkəsə çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb", - Pentaqonun danışıqlardan sonra verdiyi açıqlamada deyilir.
Rusiya Müdafiə Nazirliyinin mesajında, öz növbəsində, söhbətin “Amerika tərəfinin təşəbbüsü ilə” getdiyi qeyd edilir.
“Beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib”, - nazirlik bildirib.