BƏƏ prezidenti vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan dünyasını dəyişib.

Bu barədə yerli WAM informasiya agentliyi məlumat yayıb.

73 yaşlı Xəlifə bin Zayed Al Nəhyan BƏƏ-nin ikinci Prezidenti olub və 2004-cü ilin noyabrın 3-dən ölkənin Prezidenti olaraq fəaliyyət göstərməyə başlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ