RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra dünyada yeni böhranlar və müharibələrin başlayacağı ilə bağlı proqnoz verib.
Buta.media-nın xəbərinə görə, o bu barədə öz Telegram kanalında yazıb.
Medvedev hesab edir ki, Rusiyaya qarşı sanksiyalardan sonra dünyada böyük logistik böhran, o cümlədən, RF ərazisi üzərindən uçuşları qadağan edilən xarici aviaşirkətlərin müflis olması mümkündür.
Bundan əlavə o ehtimal edir ki, uzun müddət vəziyyətin sülh yolu ilə həll olunmadığı və əsas beynəlxalq oyunçuların mühüm maraqlarına məhəl qoyulmayan ərazilərdə yeni regional hərbi münaqişələr yaranacaq.
Medvedev həmçinin enerji böhranı barədə bəyan edərək RF enerji resurslarına qoyulan qadağalardan sonra dünyada qiymətlərin artacağını və beynəlxalq ərzaq böhranı yaşanacağını bildirib.
RF Təhlükəsizlik Şurasının sədr müavini bu fonda terrorçuluğun artacağını da istisna etmir.
Bundan əlavə Medvedev “bioloji silahların istifadəsi”, eləcə də Avropa Şurası kimi Ukraynadakı müharibəyə təsir edə bilməyən beynəlxalq institutların nüfuzunun azalması səbəbindən yeni epidemiya ocaqlarının yaranacağını proqnozlaşdırır.