Müharibənin 77-ci günü başa çatdı. “The Wall Street Journal” nəşri Kiyev vilayətinin Motıjin və Yasnoqorodka kəndləri arasındakı “ölüm yolu”ndan reportaj dərc edib – orada 37 nəfərin cəsədi tapılıb.
“Azov” polkunun komandir müavini Svyatoslav Palamar bəyan edib ki, onun qiymətləndirməsinə görə, Mariupoldakı “Azovstal” zavodunun ərazisində heç bir mülki şəxs qalmayıb – onlar təxliyə oluna biliblər.
Ukrayna hakimiyyəti rus əsirləri “Azovstal”ın yaralı müdafiəçiləri ilə dəyişməyə hazır olduqlarını bildirib.