Kiyevdə amansız qətl: Ruslar iki dinc sakini belə güllələdilər - VİDEO

Rusiyalı əsgərlər 2022-ci ilin mart ayında Kiyev ətrafında iki dinc sakini güllələyiblər.

Müşahidə kamerasına düşən hadisənin görüntüsünü CNN telekanalı yayıb.

Qeyd olunur ki, hər iki kişi hadisə yerində ölüb. Telekanal onların kimliyini də açıqlayıb - onlardan biri qarət edilən avtosalonun sahibidir (adı açıqlanmır), digəri isə 68 yaşlı Leonid Alekseyeviç Plyats həmin salonda mühafizəçi işləyirdi.

Kadrlarda görünür ki, martın 16-da avtosalonun ətrafında baş verənlər bütün müharibə qaydalarına ziddir - bu iki silahsız dinc sakinin qətlə yetirilməsidir.

CNN Rusiya Müdafiə Nazirliyindən baş verənlərə görə şərh istəsə də cavab almayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ