Rusiyanın Xabarovsk diyarının Amur rayonunda yerləşən hərbi hissədə partlayış baş verib.
Bu barədə TASS-a regionun fövqəladə xidmətindən məlumat verilib.
Agentliyin sözçüsü bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı hələ əlavə detallar açıqlanmayıb.
Öz növbəsində REN TV telekanalı iddia edir ki, hərbi hissədə döyüş sursatlarının boşadılması zamanı barıt partlayıb. Telekanal bir nəfərin öldüyü və səkkiz nəfərin yaralandığı barədə məluamt yayıb.