Rus qoşunları sərhədə çəkiliblər, ağır döyüşlər gedir - Arestoviç

Xarkov vilayətinin ərazisində ağır döyüşlər davam edir. Ruslar Xarkovdan çəkiliblər, bəzi ərazilərdə sərhədə qədər qayıdıblar.

Bu barədə Ukrayna Prezident ofisi rəhbərinin məsləhətçisi Aleskey Arestoviç bəyan edib.

Onun sözlərinə görə, Rusiya məğlub olan qoşunlarının bir hissəsini öz ərazisinə qaytarıb, bir hissəsini Luqansk istiqamətinə, daha bir hissəsini isə “Donbass Respublikası”ndan səfərbər olunanlarla əvəz edib.

Arestoviç qeyd edib ki, RF qoşunları artıq sərhəddən atırlar.

“Bunun simvolik mənası var, lakin hərbi mənası yoxdur, çünki atışma, hücum cəhdləri ola bilər. Ancaq Xarkovdan, həqiqətən, çıxarılıblar. Artilleriya qüvvələri geri otuzudurulublar, indi yalnız reaktiv yaylım atəşi sistemləri ilə vura bilərlər. Böyük ölçüdə Xarkov müdafiə olundu”, - deyə Ukrayna Prezident ofisi rəhbərinin məsləhətçisi izah edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ