Ukrayna “Azovstal” müdafiəçilərinə görə Rusiyaya təklif göndərdi

Ukrayna Rusiyaya mühasirədə qalan "Azovstal" zavodunda olan yaralı ukraynalı əsgərləri rus hərbi əsirləri ilə dəyişməyi təklif edib, lakin Moskva hələlik bu təklifə cavab verməyib.

Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib.

“İlk addım olaraq biz ruslara belə bir mübadilə təklif etdik: ağır yaralı oğlanlarımızı Azovstaldan humanitar dəhlizlə çıxarırıq. Əvəzində biz hərbi əsirlərin dəyişdirilməsi üçün standart qaydalara uyğun olaraq rus hərbi əsirlərini təhvil veririk”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ