Bolqarıstan Rusiya qazından daha ucuz qaz alacaq

 

Bolqarıstan ABŞ-dan mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı razılığa gəlib. Bununla bağlı Bolqarıstan hökumətinin saytı məlumat verib.

Bu barədə razılıq Bolqarıstanın baş naziri Kirill Petkov və ABŞ-ın vitse-prezidenti Kamala Harris arasında keçirilən görüşdə əldə olunub. Qazın qiymətinin “Qazprom”dan daha aşağı olacağı qeyd edilir.

“Tərəflər maye qazın Bolqarıstana “Qazprom”dan aşağı qiymətlərlə real tədarükü barədə razılığa gəliblər ki, bunun da iyunda baş tutacağı gözlənilir” – deyə hökumətin bəyanatında qeyd edilir.

Aprelin 27-də “Qazprom” ödənişləri rublla həyata keçirməkdən imtina etdiyinə görə Bolqarıstana qaz tədarükünün tamamilə dayandırıldığını elan etmişdi. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen tədarükün dayandırılmasını əsassız və qəbuledilməz hesab etmiş, Bolqarıstanın baş naziri Kirill Petkov isə “Qazprom”un hərəkətlərini müqavilənin kobud şəkildə pozulması və şantaj adlandırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ