Ramzan Kadırov: Çeçenlər Ukraynada daha bir neçə kəndi nəzarətə götürdü

Çeçenistanın rəhbəri Ramzan Kadırov iddia edir ki, mayın 11-də səhər saatlarında Rusiya Qvardiyasının Axmat döyüşçüləri və özünü LXR adlandıran hərbçiləri ilə birlikdə Yujnı kəndi və Voevodovka kəndini nəzarətə götürüb. 

Həmin kəndlər Rubejnoye şəhəri yaxınlığında yerləşir. Kadırov bildirib ki, Rubejnoyedəki “Zarya” zavodu da ələ keçrilib.

Kadırovun sözlərinə görə, “200-dən çox millətçi” öldürülüb və işğal olunmuş ərazilərdə “bir-birindən fərqli millətçi qrupların təmizlənməsi” davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ