Rusiya Daxili Nazirliyi “Nə? Harada? Nə vaxt” verilişinin iştirakçısı Rövşən Əsgərovu axarışa verib.
Buta.media-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.
Aprelin 27-də Rusiya İstintaq Komitəsi Rövşən Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.
Qeyd olunub ki, R.Əsgərov öz “Facebook” səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.
“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən Rövşən Əsgərov barəsində Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsi ilə cinayət işi açılıb”, - deyə komitənin məlumatında deyilir.
Rövşən əsgərov məsələyə münasibət bildirərkən qeyd edib ki, hazırda xaricdədir və Rusiyaya qayıtmaq niyyəti yoxdur.