Litva Rusiyanı terrorçu dövlət kimi tanıdı - Moskvadan cavab

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Litva seyminin “Rusiyanı terrorçu dövlət” kimi tanımasını ekstremist addım adlandırıb.

Buta.media-nın xəbərinə görə, Zaxarova Sputnik radiosunun efirində bildirib ki, belə bəyannamə və bəyanatlar qəbul edən, “əsasən ekstremist addımlar atan” ölkələr NATO-ya daxildir.

Eyni zamanda, o qeyd edib ki, son onilliklər ərzində alyans və ya onun üzvlərinin hərəkətləri yeni münaqişələrin yaranmasına səbəb olub. “Buna təxribat elementi kimi yanaşmaq lazımdır”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, “bunun Ukraynadakı son dərəcə çətin vəziyyəti həll etmək istəyi ilə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, mayın 10-da Litva Rusiyanı “terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlət” kimi tanıyıb. Müvafiq qərarı Litva seymi qəbul edib. Litva parlamentinin 128 üzvünün hamısı qətnamənin lehinə səs verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ