Azərbaycanlı milyarderin 400 milyon avroluq yaxtası həbs olundu - FOTO

Almaniyanın Hamburq limanında Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun “Luna” yaxtası həbs olunub.

Buta.media-nın xəbərinə görə, bu barədə “Süddeutsche Zeitung” nəşri məlumat yayıb.

Almaniya Federal Kriminal Polis İdarəsi Rusiyada yaşayan Fərhad Əhmədovun dəbdəbəli gəminin sahibi olan Lixtenşteyn trestinin əsas benefisiarının olduğunu müəyyən edib.

Əvvəllər Roman Abramoviçə məxsus olan yaxtanın qiyməti 400 milyon avrodur. Hazırda yaxta xüsusi sərəncama qədər Hamburq limanını tərk edə bilməz.

Qeyd edək ki, Fərhad Əhmədov əslən Azərbaycandan olan rusiyalı milyarderdir. RF Federasiya Şurasının sabiq üzvü həm də Vladimir Putinə yaxınlığı ilə seçilir. Aprelin əvvəlində Aİ ona qarşı sanksiyalar tətbiq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ