İsrail parlamentində (Knesset) diplomatik qalmaqal baş verib.
Buta.media “Detali” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Qələbə gününə həsr olunmuş iclas zamanı qonaqlar üçün tribunanı öz mühafizəsinin müşayiəti qəzəb içində tərk edib.
Knessetin bir neçə deputatının Rusiyanın Ukraynaya hücumunu cinayət adlandırması səfirin xoşuna gəlməyib.
Qeyd olunur ki, Viktorov zalı tərk edərkən deputatları uca səslə qınayıb.
Viktorovu özündən çıxaran deputatlardan biri “Bizim evimiz - İsrail” partiyasının üzvü Ukrayna əsilli Yevgeni Sovadır.
“Ukraynada müharibə cinayətdir, - o deyib. - Baş verənlərə ağrısız baxmaq mümkün deyil. Vaxtilə nasist düşmənə qalib gələnlər indi bir-birilə vuruşurlar. Müharibə bizim nənə və babalarımıza şillədir”.
“Avod” partiyasının üzvü, hüquqşünas Qilad Kariv bəyan edib ki, bu il Qələbə gününü Rusiyanın suveren Ukrayna ərazisində minlərlə insanın həyatına son qoyan hərbi əməliyyatına qarşı çıxmamaqla qeyd etmək mümkün deyil.
“Bu müharibədə bəşəriyyətə qarşı cinayətlər törədilir”.
Deputat Yuli Edelşteyn bildirib ki, bu gün bir ölkə bizim ümumi qələbəmizi istifadə edərək 2022-ci ildə günahsız insanların öldürülməsinə, zorlanmasına, evlərin dağıdılmasına, məktəblərin atəşə tutulmasına haqq qazandırmaq istəyir.
Bu çıxışlardan sonra Rusiya səfiri mühafizəsinin müşayiəti ilə Knesseti tərk etdi.