Ukraynanın birinci prezidenti vəfat etdi

Ukraynanın birinci prezidenti Leonid Kravçuk 88 yaşında dünyasını dəyişib.

Buta.media-nın xəbərinə görə, sabiq prezidentin ailə üzvləri xəbəri təsdiqləyiblər.

Leonid Kravçuk 1991-1994-cü illərdə Ukrayna prezidenti olub. Boris Yelçin və Stanislav Şuşkeviçlə birgə Belovej razılığını imzalayıb.

2020-ci ilin iyul ayından o Donbassa vəziyyətin nizamlanması üzrə əlaqə qrupunun sədri vəzifəsində çalışıb. 

2021-ci ildə ürəyindən əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ