Rusiyada dörd regionun başçısı istefa verib.
Buta.media xəbər verir ki, Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev, Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin, Kirov vilayətinin qubernatoru İqor Vasilyev və Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqları ilə bağlı ərizə yazıblar.
Bundan başqa Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini bildirib.