“Azovstal”da olan Ukrayna HDQ-nin 36-cı dəniz piyadaları hərbi hissəsinin komandiri Sergey Volınski hərbçilərin xilas olunması ilə bağlı Facebook-da paylaşım edib.
Buta.media həmin paylaşımı təqdim edir:
“Mən nə hiss edirəm? Elə bil, hansısa cəhənnəm realiti-şousundayam, burada biz xilas olmaq üçün bütün şanslardan istifadə edərək həyat uğrunda mübarizə aparırıq, bütün dünya isə sadəcə maraqlı süjeti izləyir! Belə ssenarilər film və seriallarda istifadə olunur. Fərq yalnız ondadır ki, bu film deyil, biz isə personajlar deyilik. Bu əsl həyatdır! Ağrı, əzab, aclıq, göz yaşları, qorxu, ölüm - burada hamısı həqiqətdir!
Mən nəyə təəcüblənirəm? Alçaqlığa! İnsan alçağlığının sərhədi yoxdur! Ümumi qəbul edilmiş qaydalar var, və bu qaydalar hamı üçün eynidir, qanun, möhür və imzalarla təsdiqlənib, lakin onlar işləmir! Belə olanda bu qaydalar kimə lazımdır?”, - Volınski yazıb.