“Azovstal”dan bütün qadınların, uşaqların və qocaların təxliyə edildi

Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk Mariupoldakı “Azovstal” zavodundan mülki əhalinin təxliyyəsinin başa çatdığını elan edib.

“Prezidentin tapşırığı yerinə yetirildi: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - Vereşçuk Teleqram kanalında yazıb.

Müharibə zamanı münaqişə tərəflərinin yaydığı məlumatları tez bir zamanda yoxlamaq mümkün deyil.
Azovstal Mariupolda Ukrayna hərbçilərinin nəzarətində olan sonuncu yerdir. Aprelin sonunda ölkə rəsmiləri zavodda hərbçilərlə birlikdə ən azı 2000 mülki şəxsin olduğunu iddia etmişdilər.

Mayın əvvəlində BMT və Qırmızı Xaç Cəmiyyətinin dəstəyi ilə zavoddan mülki əhalinin təxliyəsinə başlamaq mümkün olub (tərəflər təxliyyə olunanların sayı ilə bağlı müxtəlif məlumatlar verib). Onların bəziləri Zaporojyeyə çatdırılıb, digərləri isə, RF Müdafiə Nazirliyinin bildirdiyi kimi, DXR-də qalmağa qərar verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ